"Milan"ın ulduzu millidən qovuldu

Hit: 392
"Milan"ın ulduzu millidən qovuldu
Xorvatiya yığmasında gözlənilməz ayrılıq baş verib. 
 
Faktor.az xəbər verir ki, Xorvatiya Futbol Federasiyası Nikola Kaniliçi millidən qovub.
 
Buna səbəb onun baş məşqçinin qərarına etiraz etməsi olub. Belə ki, dünya çempionatının qrup mərhələsində Nigeriya 2:0 ilə qalib gəldikləri matçın sonuna 5 dəqiqə qalmış baş məşqçi Zlatko Daliç hücumçunu Mario Mandzukiçin yerinə meydana daxil etmək istəsə də, "Milan”ın forvardı bundan imtina edib. Nəticədə Mandzukiçi Marko Pyatsa əvəz edib.
 
Xorvatiya Futbol Federasiyası bu hərəkətinə görə, Kaliniçi yığmadan qovub. Ulduz futbolçu artıq Rusiyanı tərk edərək, ölkəsinə qayıdıb.
 








Redaktorun seçimi