Rauf Əliyev "Qəbələ"də qol hesabını açdı

Hit: 368
Rauf Əliyev "Qəbələ"də qol hesabını açdı

“Qəbələ” 2018/19 mövsümünün hazırlıqları çərçivəsində ilk yoxlama oyununu keçirib.

Faktor.az klubun saytına istinadən xəbər verir ki, Qəbələdə təşkil olunan təlim-məşq toplanışını başa vuran “qırmızı-qaralar” Bakıda MOİK-lə qarşılaşıb.

Matçda hesabı paytaxt təmsilçisi açıb. MOİK-in heyətində Elmir Tağıyev fərqlənib. “Qəbələ”nin bərabərlik qoluna isə Rauf Əliyev imza atıb. Hücumçu penalti zərbəsini dəqiq yerinə yetirib – 1:1.

Xatırladaq ki, mövsümlərarası hazırlıq prosesinə iyunun 12-də Qəbələdə başlayan “qırmızı-qaralar” ayın 20-də Sloveniyada təlim-məşq toplanışına start verəcək.

Yoldaşlıq oyunu

18 iyun

MOİK – Qəbələ - 1:1

Qollar: Elmir Tağıyev – Rauf Əliyev (p.)









Redaktorun seçimi