Federer Nadalı geridə qoydu və dünya bir nömrəsi oldu

Hit: 325
Federer Nadalı geridə qoydu və dünya bir nömrəsi oldu

ATP geridə qalan həftənin nəticələrinə əsasən, kişi tennisçilərin yeni reytinq cədvəlini açıqlayıb.

Faktor.az xəbər verir ki, Rocer Federer yenidən birinci pilləyə yüksəlib.

Ötən gün Ştutqartda keçirilən turnirin finalında Miloş Raoniçi məğlub edərək, çempion olan isveçrəli raketka ustası xallarının sayını 8 min 920-yə yüksəldib və Rafael Nadalı qaqaqlayaraq, lider olub.

Aktivində 8 min 770 xalı olan Nadal ikinci, Aleksandr Zverev (5 min 965) isə üçüncüdü.

Qeyd edək ki, Rocer Federer karyerasını ərzində ilk dəfə 2004-cü ildə ATP reytinqində birinci pilləyə yüksəlib.









Redaktorun seçimi