“Çelsi” ona görə 230 milyon avro ödəyəcək? - FOTO

Hit: 307
“Çelsi” ona görə 230 milyon avro ödəyəcək? - FOTO

“Çelsi” yay transfer dönəmində hücum xəttində dəyişiklik etmək niyyətindədi.

Faktor.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Çelsi” Mişi Batşuayi ilə Alvaro Moratanı satmaq istəyir. “Təqaüdçülər”in əsas transfer hədəfi isə “Bavariya”nın hücumçusu Robert Levandovskidi.

Polyak futbolçu özü də karyerasını başqa klubda davam etdirmək istədiyini bir neçə dəfə bildirib. Ancaq “Bavariya” rəhbərliyi onu heyətdə saxlamaq istəyir. Elə ona görə də, Münhen nəhəngi onun satış qiymətini fantastik həddə müəyyənləşdirib. “Bavariya”dan bildiriblər ki, Levandovskiyə görə 230 milyon avrodan aşağı edilən heç bir təkliflə bağlı danışıq aparmayacaqlar.









Redaktorun seçimi