Almaniya uduzdu, Braziliya xal itirdi, Serbiya isə... - YENİLƏNİB

Hit: 2210
Almaniya uduzdu, Braziliya xal itirdi, Serbiya isə... - YENİLƏNİB

DÇ-2018-də 4-cü oyun gününə yekun vurulub.

Faktor.az xəbər verir ki, iki qrupda üç qarşılaşma baş tutub.

Günə Kosta-Rika və Serbiya millilərinin dueli ilə start verilib. Avropa təmsilçisi minimal hesabla qalib gəlib. Serbiyalılara qələbəni komandanın kapitanı Aleksandr Kolarovun cərimə zərbəsi qazandırıb.

İkinci oyun isə sensasiya ilə nəticələnib. Son dünya çempionatının finalçısı Argentinanın ardından çempion da ştatda büdrəyib. Cənubi amerikalılar dünən İslandiya ilə heç-heçə etmişdisə, Almaniya Meksika ilə görüşdən xalsız ayrılıb. Sonuncular bu qələbəni 1 qolla əldə edib.

Braziliya da Almaniya və Argentina kimi mundiala qələbəsiz başlayıb. Cənubi Amerika təmsilçisi İsveçrəni sınağa çəkib. Pentakampeonlar ilk yarıda hesabı açsa da, fasilədən sonra üstünlüyü əldən verib.

DÇ-2018

I tur

17 iyun

E qrupu

Kosta-Rika – Serbiya - 0:1

Qol: Kolarov, 56;

Hakimlər: Malanq Diedhiu, Cibril Kamara, El Hac Samba (hamısı Seneqal), Bamlak Veyesa (Efiopiya)

Samara. “Samara Arena”

F qrupu

Almaniya – Meksika - 0:1

Qol: Irvinq Losan, 35

Hakimlər: Alireza Faqani, Reza Suhandan, Mohammedreza Mansuri (hamısı İran), Mohammed Mohammed (BƏƏ)

Moskva. “Lujniki” stadionu

E qrupu

Braziliya – İsveçrə - 1:1

Qollar: Koutinyo, 20 - Zuber, 50

Hakimlər: Sezar Ramos, Malvin Torrentera, Migel Ernandes (hamısı Meksika), Con Pitti (Panama)

Rostov. “Rostov Arena”

 








Redaktorun seçimi