Dünya çempionatının rəsmi açılışı oldu - FOTOLAR

221 dəfə oxunub
Dünya çempionatının rəsmi açılışı oldu - FOTOLAR

Futbol üzrə dünya çempionatının rəsmi açılış mərasimi baş tutub.

Faktor.az xəbər verir ki, "Lujniki" stadionundan keçirilən mərasimdə Rusiya prezidenti Vladimir Putin və FİFA prezidenti Canni İnfantino çıxış ediblər.

V. Putin bütün dünyanın böyük futbol ailəsini planetin əsas turnirinin başlanması münasibəti ilə təbrik edib: "Bu böyük idman hadisəsi Rusiyada ilk dəfədir keçirilir və biz buna çox şadıq. Futbol bizdə nəinki kütləvi oyundu, bu oyunu həqiqətən Rusiyada sevirlər. Belə bir turniri keçirmək bizim üzərimizə böyük məsuliyyət qoyub. Azarkeşlərin, idmançıların özlərini burada yaxşı hiss etməsi üçün əlimizdən gələni etmişik. Heç bir şişirtmə olmadan deyə bilərək ki, futbol azarkeşlərinin sayı dünyada milyarda yaxındı. Harada yaşamadan asılı olmayaraq, hamımızı futbola sevgi birləşdirir. Futbol xalqlar arasında dostluğu möhkəmləndirir və bir-birini anlamasına təkan verir. Hamınızı bu möhtəşəm futbol bayramı münasibətilə çıxış edirəm".

C. İnfantino isə nitqinə rus dilində başlayıb. O, yüksək təşkilatçılığa görə Rusiya prezidentinə təşəkkür edib. FİFA prezidenti 1 ay ərzində Rusiyada futbol bayramının keçiriləcəyini deyib.

Açılışda həmçinin Azərbaycan prezidenti İlham Əliyev, Belarus prezidenti Aleksandr Lukaşenko və digər şəxslər iştirak ediblər.

Açılış şousunda ingiltərəli məşhur müğənni Robbi Uilyams, rusiyalı tanınmış opera müğənnisi Aida Qarifullina və futbol üzrə ikiqat dünya çempionu, braziliyalı Ronaldo tamaşaçılar qarşısına çıxıb.

1
1
1


loading...
loading...

Redaktorun seçimi