Dünya Çempionatının matçlarının keçiriləcəyi - Möhtəşəm stadionlarda - FOTOLAR

135 dəfə oxunub
Dünya Çempionatının matçlarının keçiriləcəyi - Möhtəşəm stadionlarda - FOTOLAR

Rusiyanın ev sahibliyi etdiyi 21-ci Dünya Çempionatının matçları ölkənin 11 fərqli şəhərində, 12 stadionda keçiriləcək.

Faktor.az xəbər verir ki, açılış və final matçlarına ev sahibliyini 80 min nəfər azarkeş tutumu olan “Lujniki” stadionu edəcək. Stadion paytaxt Moskvada yerləşir.

“Lujniki” turnir boyunca 7 oyuna ev sahibliyi edəcək. Bu stadion “Sankt-Peterburq” stadionu ilə birlikdə ən çox qarşılaşmaya ev sahibliyi edən məkan olacaq.

1. “Lujniki”də baş tutacaq qarşılaşmalar:

14 iyun: 18.00 Rusiya-Səudiyyə Ərəbistanı

17 iyun: 18.00 Almaniya-Meksika

20 iyun: 15.00 Portuqaliya-Mərakeş

26 iyun: 17.00 Danimarka-Fransa

1 iyul: 17.00 Son 16 turu

11 iyul: 21.00 Yarımfinal

15 iyul: 18.00 Final

2. “Yekaterinburq Arena”

Yekaterinburq şəhəri Rusiyadakı Dünya Çempionatına ev sahibliyi edən şəhərlər arasında ən şərqdə yerləşir. 35 min nəfər tutumu olan stadion fərqli tribuna quruluşu ilə diqqət çəkir. Burada turnir boyunca 4 qarşılaşma oynanacaq.

15 iyun: 15.00 Misir-Uruqvay

21 iyun: 18.00 Fransa-Peru

24 iyun: 18.00 Yaponiya-Seneqal

27 iyun: 17.00 Meksika-İsveç

3. “Fişt” stadionu

Rusiyanın cənubundakı Soçi şəhərində yerləşən “Fişt” 6 qarşılaşmaya ev sahibliyi edəcək. 47 min nəfərlik tutumu olan stadiondakı matçlar:

15 iyun: 21.00 Portuqaliya-İspaniya

18 iyun: 18.00 Belçika-Panama

23 iyun: 21.00 Almaniya-İsveç

26 iyun: 17.00 Avstraliya-Peru

30 iyun: 21.00 Son 16 turu

7 iyul: 21.00 ¼ final

4. “Kalininqrad” Stadionu

Rusiya ilə qurudan əlaqəsi olmayan Kalininqrad şəhəri Litva, Polşa və Baltik dənizi ilə həmsərhəddir. 35 min nəfərlik stadionda 4 qrupmatşı keçiriləcək.

16 iyun: 22.00 Xorvatiya-Nigerya

22 iyun: 21.00 Serbiya-İsveçrə

25 iyun: 21.00 İspaniya-Mərakeş

28 iyun: 21.00 İngiltərə-Belçika

5. “Kazan” Arena

Rusiya komandası “Rubin”in yuvası olan “Kazan” Arena 45 min nəfər tutuma malikdir.

Burada 4 qrup qarşılaşması ilə yanaşı, son 16-lar turu və 1 ¼ final matçı olacaq.

16 iyun: 13.00 Fransa-Avstraliya

20 iyun: 21.00 İran-İspaniya

24 iyun: 21.00 Polşa-Kolumbiya

27 iyun: 17.00 Cənubi Koreya-Almaniya

30 iyun: 17.00 Son 16 turu

6 iyul: 21.00 ¼ final

6. “Mordoviya” Arena

44 min nəfər azarkeşi qəbul edə bilən “Mordoviya”da bu oyunlar keçiriləcək.

16 iyun: 19.00 Peru-Danimarka

19 iyun: 15.00 Kolumbiya-Yaponiya

25 iyun: 21.00 İran-Portuqaliya

28 iyun: 21.00 Panama-Tunis

7. “Nijnıy Novqorod” stadionu

“Nijnıy Novqorod” bu matçlara ev sahibliyi edəcək.

18 iyun: 15.00 İsveç-Cənubi Koreya

21 iyun: 21.00 Argentina-Xorvatiya

24 iyun: 15.00 İngiltərə-Panama

27 iyun: 21.00 İsveçrə-Kosta Rika

1 iyul: 21.00 Son 16 turu

6 iyul: 17.00 1/4 final

8. “Rostov” Arena

45 min nəfərlik “Rostov” arenadakı matçlar isə bunlardır:

17 iyun: 21.00 Braziliya-İsveçrə

20 iyun: 18.00 Uruqvay-Səudiyyə Ərəbistanı

23 iyun: 18.00 Cənubi Koreya-Meksika

26 iyun: 21.00 İslandiya-Xorvatiya

2 iyul: 21.00 Son 16 turu

9. “Samara” Arena

45 “Samara” Arenada oynanacaq matçlar:

17 iyun: 15.00 Kosta Rika-Serbiya

21 iyun: 15.00 Danimarka-Avstraliya

25 iyun: 17.00 Uruqvay-Rusiya

28 iyun: 17.00 Seneqal-Kolumbiya

2 iyul: 17.00 Son 16 turu

7 iyul: 17.00 1/4 final

10. “Spartak” Arena

Moskvanın ikinci stadionu olan “Spartak” 42 min azarkeş tutumuna malikdir. Bu stadion 5 matça ev sahibliyi edəcək.

16 iyun: 16.00 Argentina-İslandiya

19 iyun: 18.00 Polşa-Seneqal

23 iyun: 15.00 Belçika-Tunis

27 iyun: 21.00 Serbiya-Braziliya

3 iyul: 21.00 Son 16 turu

11. “Sankt Peterburq” stadionu

2017-ci ildə açılışı edilən “Sankt Peterburq” stadionu 67 azarkeş tutumuna sahibdir.

Bu stadion 76 matça ev sahibliyi edəcək:

15 iyun: 18.00 Mərakeş-İran

19 iyun: 21.00 Rusiya-Misir

22 iyun: 15.00 Braziliya-Kosta Rika

26 iyun: 21.00 Nigeriya-Argentina

3 iyul: 17.00 Son 16 turu

10 iyul: 21.00 Yarımfinal

14 iyul: 17.00 Üçüncülük uğrunda matç

12. “Volqoqrad” Arena

Rusiyanın cənubunda yerləşən “Volqoqrad” Arena 4 matça ev sahibliyi edəcək. Arena 44 min nəfər qonaq qəbul edə bilir.

18 iyun: 21.00 Tunis-İngiltərə

22 iyun: 18.00 Nigeriya-İslandiya

25 iyun: 17.00 Səudiyyə Ərəbistanı-Misir

28 iyun: 17.00 Yaponiya-Polşa



Redaktorun seçimi