"Barsa"nın holland "ovu" - FOTO

169 dəfə oxunub
"Barsa"nın holland "ovu" - FOTO

Antuan Qrizmannı hələ "Atletiko”dan "qoparmayan” "Barselona” bu yay başqa futbolçularla da heyətini gücləndirməyi qarşısına məqsəd qoyub.

Faktor.az "El Mundo Deportivo”ya istinadən xəbər verir ki, katalonlar "Ayaks”ın gənc oyunçularını - Matteys de Liqt və Frenki de Yonqu hədəfə alıb.

Amsterdam təmsilçisi 50 milyon avro qarşılığında de Yonqu qarşı tərəfə verməyə razıdı. De Liqtin transferi isə "Barselona"ya 60 milyon avrodan baha başagələ bilər. Hazırda danışıqlar davam etdirilir.


loading...
loading...

Redaktorun seçimi