Qrizmann istədi, "Atletiko" aldı - FOTO

156 dəfə oxunub
Qrizmann istədi, "Atletiko" aldı - FOTO

Fransa millisinin üzvü Antuan Qrizmannla bağlı yeni iddia ortaya atılıb.

Faktor.az
“L`Equip” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun “Atletiko”da qalmağa meylli olduğu bildirilib. İddiaya görə, Qrizmann növbəti mövsümdə əsas titullar uğrunda mübarizə apara bilmək üçün rəhbərlikdən komandanın gücləndirilməsini xahiş edib. O, yalnız bu halda komandada qala biləcəyini bildirib.

“Atletiko”nun Fransa millisinin üzvü Toma Lemarı transfer etməsi də məhz bu amillə əlaqələndirilir.

Qeyd edək ki, hazırda “Barselona”nın da transfer gündəmində olan Qrizmannın yekun qərarını dünya çempionatından sonra açıqlayacağı gözlənilir.



Redaktorun seçimi