SON DƏQİOQƏ: DÇ-2026 bu ölkələrdə keçiriləcək - FOTO

714 dəfə oxunub
SON DƏQİOQƏ: DÇ-2026 bu ölkələrdə keçiriləcək - FOTO

2026-cı ildə keçiriləcək dünya çempionatına hansı ölkələrin ev sahibliyi edəcəyi məlum olub.

Faktor.az xəbər verir ki, 8 il sonra baş tutacaq turnirə ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək. Şimali Amerika ölkələri turniri birlikdə təşkil edəcəklər.

2026-cı ildə təşkil olunacaq dünya çempionatında ilk dəfə 48 komanda iştirak edəcək. 48 oyun qrup mərhələsində, 32 qarşılaşma isə finallarda olmaqla cəmi 80 matç oynanılacaq.

Şimali Amerikada sonuncu dəfə dünya çempionatı 1994-cü ildə ABŞ-da təşkil olunub. Kanada heç vaxt mötəbər turnirə ev sahibliyi etməyibsə, Meksika daha əvvəl - 1970 və 1986-cı illərdə iki dəfə mundialı təşkil edib.

DÇ-2026-ya ev sahibliyi etməyə Mərakeş də iddialı idi.



Redaktorun seçimi