Futbolda FETÖ istintaqı zamanı ortaya çıxdı - "Emre Belözoğlunun evində yığışırdıq"

58 dəfə oxunub
Futbolda FETÖ istintaqı zamanı ortaya çıxdı - "Emre Belözoğlunun evində yığışırdıq"
FETÖ-nün Türkiyə futboluna sıçraması ilə bağlı aparılan istintaq çərçivəsində köhnə futbolçulardan Bəkir İrtegün, Uğur Boral, Zəfər bir yol, Ersin güren, Ömər Çatkıç və İsmail Şengülün ifadələri alınıb.
 
Faktor.az xəbər verir ki, İstanbul Respublika Prokurorluğu tərəfindən hazırlanan iddianamədə sabiq milli futbolçular Bəkir İrtegün, Uğur Boral, Zəfər bir yol, Ersin güren, Ömər Çatkıç və İsmail Şengül şübhəli olaraq qeyd edilib. Onlara silahlı terror təşkilatına üzv olduqları üçün 22.5 ilə qədər həbs cəzası istəyi ilə iddia açılıb. İrtegün təşkilatla bağlı söhbətlərini bir neçə dəfə Emre Belözoğlunun evində etdiklərini də açıqlayıb.
 
Bekir İrtegün telefonunda ByLock aşkar edilikdən sonra verdiyi ifadədə FETÖ ilə 2007-2008-ci illərdə Türkiyənin Qaziantep şəhərində tanış olduğunu deyib:
 
"Müzakirələrimizə komandadan Ömər Çatkıç, Barış Durmaz gəlirdi. 2009-cu ildə Fənərbaxça transferindən sonra qrupdan Əli Şenel adlı bir nəfər peyda oldu. Bir müddət sonra həmin dövrdə Fənərbaxçada oynayan Emre Belözoğlu, Uğur Boral, Ərtoğrul Taşkıranın da Əli Şenel ilə görüşdüyünü öyrəndim. Mən də 2009-cu ilin son aylarından etibarən həmin adamın keçirdiyi müzakirə söhbətlərinə qatılmağa başladım. Fənərbaxçada oynadığım müddətdə Alper Potuk, Orhan Şam, Gökhan Gönül və Mehmet Topal da Şenelin söhbətlərinə qoşulurdular".
 
Banu//Faktor.az


loading...
loading...

Redaktorun seçimi