İspaniya ŞOKda: "Real"ın baş məşqçisi olacağını açıqladı və...

119 dəfə oxunub
İspaniya ŞOKda: "Real"ın baş məşqçisi olacağını açıqladı və...

İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi istefaya göndərilib.

Faktor.az xəbər verir ki, bu barədə qərarı Krasnodarda keçirilən mətbuat konfransında İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales açıqlayıb.

“Baş məşqçinin xidmətindən imtina etmək məcburiyyətindəyik. Ona işlərində uğurlar arzulayırıq” – deyə, federasiya rəhbəri bildirib.

Qeyd edək ki, ötən gün Lopeteqinin dünya çempionatının ardından “Real”ın yeni baş məşqçisi olacağı açıqlanmışdı. Bu qərar İspaniya Futbol Federasiyasının rəhbərliyi tərəfindən qəzəblə qarşılanmışdı.


loading...
loading...

Redaktorun seçimi