Polşa Rusiyaya darmadağınla yollanır - VİDEO

320 dəfə oxunub
Polşa Rusiyaya darmadağınla yollanır - VİDEO

DÇ-2018-ə hazırlaşan Polşa millisi yoxlama oyunu keçirib.

Faktor.az xəbər verir ki, mundial iştirakçısının rəqibi Litva olub.

Polşalılar bu qarşılaşmadan böyükhesablı qələbə ilə ayrılıb – 4:0. Varşavadakı darmadağın Robert Levandovskinin dublu ilə əlamətdar olub.

Digər qollara David Kovnatski və Yakub Blaşikovski imza atıb. Sonuncu penalti zərbəsindən fərqlənib.

Qeyd edək ki, Polşa mundialın qrup mərhələsində Seneqal, Kolumbiya və Yaponiya ilə mübarizə aparacaq.



Redaktorun seçimi