Mundiallarda iştirak etməyən əfsanələr - FOTOLAR

176 dəfə oxunub
Mundiallarda iştirak etməyən əfsanələr - FOTOLAR

Rusiyada keçiriləcək dünya çempionatı ərəfəsində mundialda iştirak etməyən əfsanələrin adları açıqlanıb.

Faktor.az xəbər verir ki, siyahıda yer alan 8 futbolçu möhtəşəm klub karyerasına malik olsa da, yığması ilə analoji yarışda iştirak edə bilməyib.

1.Alfredo Di Stefano

Bu “səkkizliy”ə Alfredo Di Stefano başçılıq edir. Madrid “Real”ının ulduz futbolçusu olmuş  hücumçu yığma karyerasına Argentinada başlayıb. Lakin o, sonradan İspaniya millisini seçib. “Buğalar” DÇ-1958-ə yüksələ bilmədiyindən Di Stefano mundialdan kənar qaldı. 4 il sonra isə baş məşqçi ilə aralarındakı söz-söhbətə görə dünya çempionatına aparılmadı və karyerasını bu yarışda oynamadan bitirib.

2.Laslo Kubalo

İkinci pillədə Laslo Kubalo qərarlaşıb. Onu Lionel Messidən öncə “Barselona” tarixinin ən yaxşı futbolçusu kimi göstərənlər vardı. Macarıstan və İspaniya millilərinin uğuru üçün çalışıb. İkincilərlə 1962-ci ildə dünya çempionatına yollanmağa yaxın olsa da, zədələndiyi üçün arzusuna çata bilməyib.

3.Corc Best

Növbəti yerdə Corc Best qərarlaşıb. Tribunalarda “Maradona yaxşı (good), Pele daha yaxşı (better), Corc isə ən yaxşı (Best)” şüarları  səsləndirilirdi. Kimlərə görə dünya tarixinin ən yaxşıları arasında yer alır. Futbolçudan çox yaraşıqlı aktyor həyatı yaşayırdı, amma istedadını müzakirə etməyə dəyməzdi. 14 il Şimali İrlandiya yığmasını ən yüksək səviyyəyə qaldırmağa çalışıb, ancaq dünya çempionatına yüksəldə bilməyib.

4.Dunkan Edvards

İngiltərə futbolunun “qızıl uşağı” Dunkan Edvardsı gələcəyin ulduzu sayırdılar. Amma 1958-ci ildə Münhendə “Mançester Yunayted”in qəzaya uğrayan təyyarəsində dünyasını dəyişdiyindən mundialda iştirak edə biməyib.

5.İan Raş 

“Liverpul”un əfsanəsi İan Raş Uels yığmasında özünə kömək edə biləcək biri çıxmadığından dünya çempionatını qaçıranlardan olub.

6.Corc Vea 

Altıncı sırada Corc Vea yer alıb. Liberiyalı dünyanın ən yaxşısı seçilsə də, mundail həyəcanı yaşamayanlardan olub. Ondan sonra ölkəsi Afrikada söz sahibi olmağı da itirib.

7.Erik Kantona 

Fransa futbolunun dəcəl əfsanəsi Erik Kantona xüsusilə “Mançester Yunayted”də möhtəşəm performans göstərsə də, yığmada bəxti gətirməyib. 1990-cı ildə heyətə daxil edilməyən hücumçu 4 il sonra da əsas komandadan kənar qalıb. 30 yaşında karyerasını bitirən Kantona DÇ-1998-də də mundiala qatılmayıb.

8.Rayan Giqqz 

“Mançester Yunayted”in digər ulduzu Rayan Giqqz də Uels millisi ilə nə dünya, nə də Avropa çempionatına yüksələ bilməyib.  


loading...
loading...

Redaktorun seçimi