“Real”da yeni baş məşqçi - RƏSMİ - FOTO

313 dəfə oxunub
“Real”da yeni baş məşqçi - RƏSMİ - FOTO
İspaniya çempionu “Real”ın yeni baş məşqçisi müəyyənləşib.
 
Faktor.az xəbər verir ki, Madrid klubunun rəhbərliyi bir neçə gün öncə istefa vermiş Zinəddin Zidanı Xulen Lopeteqi ilə əvəz edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
İspaniya millisinin baş məşqçisi olan Lopeteqi hazırda Rusiyada keçiriləcək dünya çempionatında iştiraka hazırlaşır. O, “Real”ın sükanı arxasına məhz mundialdan sonra keçəcək.
 
51 yaşlı mütəxəssis “Real”la 3 illik anlaşma əldə edib.
 
Lopeteqi 2016-cı ildən İspaniya yığmasını çalışdırır.


loading...
loading...

Redaktorun seçimi