Çempionlar Liqasında ilk püşkatma oldu

231 dəfə oxunub
Çempionlar Liqasında ilk püşkatma oldu

Bu gün Çempionlar Liqasında 2018/19 mövsümünün ilk mərhələsinin püşkü atılıb.

Faktor.az xəbər verir ki, püşk mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.

ÇL-in ilkin mərhələsində UEFA-nın klub reytinqinə görə ən zəif 4 komanda iştirak edəcək. Bunlar “Santa-Koloma” (Andorra), “Linkoln” (Cəbəllütariq), La-Fiorita (San-Marino) və “Drita”dı (Kosovo). Onlar növbəti mərhələyə yüksəlmək üçün 1 vəsiqə uğrunda mübarizə aparacaqlar.

ÇL-in 1-ci və 2-ci mərhələlərinin püşkü iyunun 19-da atılacaq.

Yeni avrokubok mövsümü isə iyunun 26-da start götürəcək. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə təsnifat mərhələlərində “böyük beşlik” klubları iştirak etməyəcək.

Püşkün nəticəsi belə olub:

Çempionlar Liqası

Çempionlar yolu, ilkin mərhələ

FK Santa Koloma (Andorra) - Drita (Kosovo)

La Fiorita (San-Marino) - Linkoln (Cəbəllütariq)

 


loading...
loading...

Redaktorun seçimi