"Neftçi"dən növbəti transfer - RƏSMİ - FOTO

247 dəfə oxunub
"Neftçi"dən növbəti transfer - RƏSMİ - FOTO

"Neftçi”  daha bir transferini rəsmiləşdirib.

Faktor.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Rəşad Eyubovla 1 illik müqavilə imzalayıb. 25 yaşlı yarımmüdafiəçi "ağ-qaralar”ın heyətində 4 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, R. Eyubov ötən mövsümü "Sumqayıt”ın heyətində keçirib və 28 oyunda 4 qol vurub. O, karyerası ərzində Ukraynanın "Çernomorets” və "Metallurq” klubları ilə yanaşı, ölkəmizdə "Simurq”, "Xəzər Lənkəran”, "Kəpəz” və "Qəbələ”də də çıxış edib.

Xatırladaq ki, "Neftçi” bundan əvvəl  müdafiəçi Tural Axundov və braziliyalı hücumçu Dario Frederiko ilə müqavilə imzalayıb.



Redaktorun seçimi