Avrokuboklarda ilk mərhələnin püşkü atılır

87 dəfə oxunub
Avrokuboklarda ilk mərhələnin püşkü atılır

Bu gün Çempionlar Liqası və Avropa Liqasında 2018/19 mövsümünün ilk mərhələsinin püşkü atılacaq.

Faktor.az xəbər verir ki, püşk mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək. Yeni avrokubok mövsümü isə iyunun 26-da start götürəcək.

ÇL-in ilkin mərhələsində UEFA-nın klub reytinqinə görə ən zəif 4 komanda iştirak edəcək. Bunlar “Santa-Koloma” (Andorra), “Linkoln” (Cəbəllütariq), La-Fyorita (San-Marino) və “Drita”dır (Kosovo). Onlar növbəti mərhələyə yüksəlmək üçün 1 vəsiqə uğrunda mübarizə aparacaqlar.

ÇL-in 1-ci və 2-ci mərhələlərinin püşkü iyunun 19-da atılacaq.

Əvvəlki illərdən fərqli olaraq, bu dəfə təsnifat mərhələlərində “böyük beşlik” klubları iştirak etməyəcək.

 


loading...
loading...

Redaktorun seçimi