Millimizin hücumçusu Portuqaliya klubunda! - FOTO

328 dəfə oxunub
Millimizin hücumçusu Portuqaliya klubunda! - FOTO

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.

Faktor.az xəbər verir ki, o, karyerasını Portuqaliyada davam etdirəcək. Millimizin forvardı bu ölkənin “Eştoril” klubu ilə anlaşıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Renat müqavilə ilə Almaniyanın “Ayntraxt” klubuna məxsusdu. O, 2017-ci ilin yanvar ayında “Leyptsiq”dən Frankfurt təmsilçisinə transfer olunmuşdu. Dadaşov bu ilin yanvarında “Ayntraxt”la peşəkar müqavilə imzalasa da, əsas komandada debüt şansı qazanmadı. Əksinə, klubun gənclərdən ibarət komandasının heyətində 22 oyuna 14 qol vuran millimizin forvardı intizamsızlıq səbəbilə “Ayntraxt”dan uzaqlaşdırılmışdı. Bu üzdən o, bir neçə ay idi ki, qardaşı, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi Berlin “Dinamo”sunda məşq edirdi.

Renatın “Eştoril”ə transferini “Ayntraxt” da rəsmi saytı vasitəsilə açıqlayıb. Lakin futbolçunun yeni klubu ilə hansı şərtlərlə müqavilə bağladığını nə “Eştoril”, nə də “Ayntraxt” açıqlayıb.

Renatın yeni komandası "Eştoril" son mövsümdə Portuqaliya Premyer Liqasında sonuncu - 18-ci yeri tutaraq elitanı tərk edib.


loading...
loading...

Redaktorun seçimi