Salahın durumuna aydınlıq gəldi: - Dünya çempionatında oynayacaqmı?

Hit: 1434
Salahın durumuna aydınlıq gəldi: - Dünya çempionatında oynayacaqmı?

Çempionlar Liqasının finalında zədələnən Məhəmməd Salah dünya çempionatında oynaya biləcək. G

Faktor.az xəbər verir ki, bu barədə Misirin İdman naziri Xalid Abdel Aziz feysbuk səhifəsində məlumat verib.

"Salahın çiyin oynaqlarında dartılma var. Müalicə 2 həftə davam edəcək. Misir millisinin həkimləri Liverpool-un tibbi heyəti ilə təmasdadır. Salah reablitasiyanı Liverpool-da keçəcək. Daha sonra İtaliyada milli komandanın düşərgəsinə gələcək. Biz yığmanın son iştirak ərizəsini iyunun 4-də açıqlamalıyıq. Məhəmməd mütləq olrda olacaq. İndi ona istirahət etmək və bərpa prosesinə başlamaq lazımdır" - nazir qeyd edib.

Qeyd edək ki, A qrupunda yer alan Misir Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvayla mübarizə aparacaq.









Redaktorun seçimi