"Atletiko" "Marsel"ə heç bir şans vermədi - VİDEO

895 dəfə oxunub
"Atletiko" "Marsel"ə heç bir şans vermədi - VİDEO

Bu gün UEFA Avropa Liqasında final oyunu keçirilib.

Faktor.az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirinin qalibi Fransada müəyyənləşib.

Lion şəhərində baş tutan həlledici görüşdə Fransa “Marsel”i ilə İspaniya “Atletiko”su üz-üzə gəlib.

Görüş ispanların asan qələbəsi ilə yekunlaşıb. Madrid klubu 3 cavabsız qolla kuboka sahib olub.

UEFA Avropa Liqası

Final

16 may

“Marsel” (Fransa) - “Atletiko” (İspaniya) - 0:3

Qollar: Qrizman, 21, 49, Qabi, 89

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Lion, “Park Olimpik Lion”


loading...
loading...

Redaktorun seçimi