Millimiz Gürcüstanla bacarmadı - YENİLƏNİB - VİDEO

284 dəfə oxunub
Millimiz Gürcüstanla bacarmadı - YENİLƏNİB - VİDEO

Bu gün 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. 

Faktor.az xəbər verir ki, yığmamız Gürcüstandan olan həmyaşıdları ilə qarşılaşıb.

Bu, Rəşad Sadıqovun yetirmələrinin may ayı üçün nəzərdə tutulan 3 yoxlama matçından birincisi olub. Komandamız üç gündü Bakının qonağı olan Gürcüstan millisini “Dalğa Arena”da qəbul edib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, U-20 yığmamız mayın 24-də və 27-də eyni stadionda Makedoniyanın U-21 millisi ilə 2 yoxlama oyununda qüvvəsini sınayacaq.

Yoldaşlıq oyunu

16 may

Azərbaycan U-20 – Gürcüstan U-20 - 1:2

Qollar: Ziya Əzizov, 66 - Muciri, 78, David Samurkasovi, 83

"Dalğa Arena"



Redaktorun seçimi