"Beşiktaş"ın kanadalı "qartal"ı yuvadan uçur - FOTO

376 dəfə oxunub
"Beşiktaş"ın kanadalı "qartal"ı yuvadan uçur - FOTO

Türkiyənin “Beşiktaş” klubunun kanadalı futbolçusu Atiba Hatçinson İstanbul təmsilçisindən ayrılmağa hazırlaşır.

Faktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilməyiblər. Bu üzdən də Atiba 5 illik “Beşiktaş” karyerasına son vermək qərarına gəlib.

Məlumata görə, kanadalı futbolçu klubundan 1+1 şərti ilə yeni müqavilə tələb edib. İstanbul klubu isə 35 yaşlı futbolçuya 1 illik müqavilə təklif edib. Ortaq məxrəcə gələ bilmədiklərinə förə, Atiba mövsüm bitən kimi “Beşiktaş”dan ayrılacağını rəhbərliyin diqqətinə çatdırıb.

Qeyd edək ki, Hatçinson 2013/14 mövsümünün əvvəlində PSV-dən “Beşiktaş”a transfer edilmişdi. O, bu beş ildə İstanbul klubunda 194 oyuna çıxıb, 9 qol vurub.


loading...
loading...

Redaktorun seçimi