“Marsel” evdə sevindi, "Arsenal" üstünlüyünü qoruya bilmədi - VİDEO

Hit: 804
“Marsel” evdə sevindi, "Arsenal" üstünlüyünü qoruya bilmədi - VİDEO

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.

Faktor.az xəbər verir ki, ilk oyunlar çərçivəsində 2 qarşılaşma baş tutub.

Erkən final sayılan “Arsenal” – “Atletiko” cütü Londonda münasibətlərini aydınlaşdırıb. 10-cu dəqiqədə Vrsalikonun ikinci sarı vərəqə almasından sonra 80 dəqiqə azlıqda oynayan madridlilər İngiltərədən ümidli dönməyi bacarıblar. Dieqo Simeonenin yetirmələri hesabda geri düşsələr də, sonradan toparlanaraq vacib bərabərlik qolunu vuraraq cavab oyunu öncəsi üstünlüyə yiyələniblər.

Günün digər oyununda isə Fransa “Marsel”i doğma azarkeşlər önündə turnirin sürpriz komandası “Zalsburq”a yerini göstərib. Meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər.

UEFA Avropa Liqası

Yarımfinal

İlk oyunlar

26 aprel

“Arsenal” (İngiltərə) – “Atletiko” (İspaniya) - 1:1

Qollar: Lakazet, 61 - Qrizman, 82

Qırmızı vərəqə: Vrsaliko, 10 (ikinci sarı)

Baş hakim: Klemen Turpin (Fransa)

London. “Arsenal” stadionu

“Marsel” (Fransa) – “Zalsburq” (Avstriya) - 2:0

Qollar: Tauvin, 15, Nji, 63

Baş hakim: Villiam Kollum (Şotlandiya)

Marsel. “Velodrom” stadionu









Redaktorun seçimi