Rauf Məmmədova ad günü sürprizi - FOTO

Hit: 529
Rauf Məmmədova ad günü sürprizi - FOTO

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” superturnirinin VII turunda maraqlı anlar yaşanıb.

Faktor.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, Aniş Giriylə heç-heçə oynayan Rauf Məmmədov sürprizlə qarşılaşıb.

Mətbuat konfransı zamanı gözlənilmədən zala daxil olan könüllülər 30 yaşını qeyd edən şahmatçını onun üçün hazırlanan tort və şarlarla təbrik edib.

Azərbaycan yığmasının üzvü xoş sürprizə görə hamıya təşəkkür edib. 









Redaktorun seçimi