"Real"da ciddi itki - FOTO

575 dəfə oxunub
"Real"da ciddi itki - FOTO

Dünən UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin "Bavariya" ilə ilk oyununda zədələnən "Real"ın müdafiəçisi Daniel Karvaxalın durumuna aydınlıq gəlib.

Faktor.az "Marca"ya istinadən xəbər verir ki, bud nahiyyəsindən xəsarət alan ispan futbolçunun 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı məlum olub. Bu isə o deməkdir ki, müdafiəçi La Liqanın 35-ci turunda "Leganes" və Çempionlar Liqasında "Bavariya" ilə cavab oyununu buraxacaq.

Qeyd edək ki, "Real" - "Bavariya" oyunu mayın 1-də keçiriləcək. Münhendəki ilk görüşdə "kral klubu" rəqibini 2:1 hesabı ilə məğlub edib.



Redaktorun seçimi