PSJ-nin transfer edəcəyi 3 futbolçu - FOTOLAR

494 dəfə oxunub
PSJ-nin transfer edəcəyi 3 futbolçu - FOTOLAR
PSJ-nin yeni baş məşqçisi olacağı iddia edilən Tomas Tuçel rəhbərliyə alınmasını istədiyi 3 futbolçunun adını təqdim edib.
 
Faktor.az Fransa mediasına istinadən xəbər verir kai, baş məşqçi  klub rəhbəri Nassir Əl Xelafidən sol cinah mülafiəçisi, mərkəz müdafiəçisi və yarımmüdafiəçi alınmasını istəyib.
 
Bildirilir ki, Tuçel sol cinaha "Auqsburq"da forma geyinən Filip Maksın alınmasını tələb edib. 24 yaşlı futbolçu üçün 20-25 milyon avro ödəniləcək.
 
Alman mütəxəssis müdafiənin mərkəzinə Dortdmund "Borussiya"sının formasını geyinən türk futboçlçu Ömer Toprakı transfer etmək niyyətindədi. Almaniya klubu ilə 2021-ci ilədək müqaviləsi olan 28 yaşlı futbolçu üçün 15 milyon avro xərclənəcək.
 
Tuçelin yarımmüdafiədə görmək istədiyi futbolçu isə Maks Meyerdi. Mövsümün sonunda müqaviləsi bitəcək 22 yaşlı yarımmüdafiəçi üçün transfer haqqı ödənməyəcək.
1
1
1
1


loading...
loading...

Redaktorun seçimi