"Bavariya"da iki ciddi itki - FOTOLAR

Hit: 802
"Bavariya"da iki ciddi itki - FOTOLAR

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən "Bavariya" - "Real" oyununda meydan sahibləri daha bir itki ilə üzləşib.

Faktor.az xəbər verir ki, Aryen Robben oyunun 8-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. Yup Haynkess onun əvəzinə meydançaya Tiaqo Alkantaranı daxil edib.

Bundan başqa "Bavariya"nın mərkəz müdafiəçisi Boatenq də zədələnərək oyunu yarıda tərk etməyə məcbur oldu. Onun yerinə isə 34-cü dəqiqədə meydana Nikolas Süle daxil olub.

Qeyd edək ki, bundan əvvəl Arturo Vidal və Kinqsli Koman da zədə səbəbi ilə bu görüşü buraxmalı olmuşdu.

 

1
1








Redaktorun seçimi