Paralimpiyaçı cüdoçularımız vətənə qayıdıb - VİDEO

Hit: 820
Paralimpiyaçı cüdoçularımız vətənə qayıdıb - VİDEO

Antalyada cüdo idman növü üzrə keçirilən IBSA dünya kuboku yarışları başa çatıb.

Faktor.az xəbər verir ki, yığmamız yarışda 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Hüseyn Rəhimli (81kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sevda Vəliyeva (52 kq) gümüş medal qazanıb. Səbinə Abdullayeva (57 kq), Orxan Qarayev (60 kq), Kənan Abdullaxanlı (90 kq) və İlham Zəkiyev (100 kq-dan yuxarı) bürünc medal qazanıblar.

Qeyd edək ki, Antalyada uğurla çıxış edən paracüdoçularımız bu gün vətənə qayıdıb. 









Redaktorun seçimi