Türkiyə Futbol Federasiyası qalmaqallı derbi ilə bağlı qərar verib

Hit: 845
Türkiyə Futbol Federasiyası qalmaqallı derbi ilə bağlı qərar verib

Türkiyə Kubokunda yarımfinal mərhələsinin “Fənərbaxça” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək.

Faktor.az xəbər verir ki, bu barədə qərarı Türkiyə Futbol Federasiyası verib. Qalmaqallı derbi mayın 3-də yarımçıq dayandırıldığı 57-ci dəqiqədən etibarən davam edəcək. Lakin matçın qalan hissəsi boş tribunalar önündə keçiriləcək.

Qeyd edək ki, “Şükrü Saraçoğlu” stadionunda keçirilən “Fənərbaxça” – “Beşiktaş” görüşü 0:0 olarkən azarkeşlərin meydana yad əşyalar atması səbəbindən təxirə salınmışdı. Komandalar arasında baş tutan ilk qarşılaşmada isə 2:2 hesabı qeydə alınmışdı.

 









Redaktorun seçimi