Məhşur idman nəşri İnyestadan üzr istədi - “Bağışla, İnyesta”

370 dəfə oxunub
Məhşur idman nəşri İnyestadan üzr istədi - “Bağışla, İnyesta”

Fransanın məşhur nəşri “Frans Futbol” nəşri Andreas İnyestadan üzr istəyib.

Faktor.az xəbər verir ki, hər il dünyanın ən yaxşı futbolçusunu “Qızıl Top” mükafatı ilə təltif edən nəşr İnyestanın bu mükafatı ala bilməməsi səbəbindən üzrxahlıq edib.

Qəzetin baş direktoru Paskal Ferre son buraxılışda “Bağışla, İnyesta” adlı məqalə çap etdirib.

Qeyd edək ki, İspaniya millisinin yarımmüdafiəçisi karyerasında bir dəfə bu mükafatı almağa çox yaxın olub. 2010-cu il dünya çempionatında finalda Hollandiyaya həlledici qolu vuraraq komandasını çempion edən İnyesta həmin il keçirilən səsvermədə “Barselona”dakı tərəf müqabili Messidən sonra ikinci olmuşdu.


loading...
loading...

Redaktorun seçimi