İnyesta daha 2 klubun hədəfində

Hit: 554
İnyesta daha 2 klubun hədəfində

"Barselona"nın futbolçusu Andres İnyestanı transfer etmək istəyən klubların siyahısına daha ikisi əlavə olunub.

Faktor.az "AS"a istinadən xəbər verir ki, "Mançester Siti" və PSJ 33 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Kataloniya təmsilçisindəki gələcəyi ilə bağlı yekun qərarı qəbul etməyən A.İnyestaya sözügedən klublar təklif göndərməyə hazırdırlar.

Qeyd edək ki, A.İnyesta ilə Çinin 3 klubu - "Tyançzin Çyuançzyan", "Şanxay Şenxua" və "Çunçin Lifan"ın maraqlandığı iddia olunur.









Redaktorun seçimi