Zərif paracüdoçularımız Antalyanı fəth etdi - FOTOLAR

Hit: 706
Zərif paracüdoçularımız Antalyanı fəth etdi - FOTOLAR

Türkiyənin Antaliya şəhərində cüdo növü üzrə keçirilən İBSA Dünya Kuboku başa çatıb.

Yarışda iştirakedən qadın paracüdo komandası uğurlu çıxış edərək gümüş və bürüncmedal qazanmağı bacarıb.

Milli komandanın baş məşqçisi olan Ramin İbrahimov saytımıza Dünya Kuboku haqqında ətraflı məlumat verib:

“Bu yarışa qatılmaqda əsas məqsədimiz “Tokio Yay Paralimpiya” oyunlarına hazırlaşmaq idi. Dünya kubokuna 6 cüdoçu ilə qatılsaq da onlardan ikisi tibbi təsnifat mərhələsini keçsələr də zədələrinə görə yarışda çıxış edə bilməyib. Buna baxmayaraq 4 xanım cüdoçumuzda 2-si 57 kq-da çıxış edən Səbinə bürünc, 52 kq-da çıxış edən Sevda isə gümüş medal qazanıb. Bu nəticə bizim üçün uğurludur. Çünki bizim əsas məqsədimiz milli komadanın üzvlərini formalaşdırmaq idi”.

Qeyd edək ki, milli komandanın idmançıları yarışda 1 qızıl, 1 gümüş, 4 bürünc olmaqla ümumilikdə 6 medal qazanmağı bacarıb.

İBSA Dünya Kuboku

Rəhimli Hüseyn 81 kq – Qızıl medal

Vəliyeva Sevda 52 kq – Gümüş medal

Qarayev Orxan 60 kq – Bürünc medal

Abdullayeva Səbinə 57 kq – Bürünc medal

Zəkiyev İlham +100 kq – Bürünc medal

Abdullaxanlı Kanan 90 kq – Bürünc medal

Orxan Hacı / Faktor.az

 

1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi