"Neftçi" "Qəbələ"ni məğlub etdi, "Qarabağ" Sumqayıtda çempion oldu - YENİLƏNİB

Hit: 645
"Neftçi" "Qəbələ"ni məğlub etdi, "Qarabağ" Sumqayıtda çempion oldu - YENİLƏNİB

Bu gün Topaz Premyer Liqasında 24-cü tura yekun vuruiub

Faktor.az xəbər verir ki, ikinci oyun günündə çərçivəsində 3 qarşılaşma baş tutub.

Öncə meydana çempionatın autsayderləri çıxıb. “Səbail” “Keşlə”yə təhvil verdiyi 6-cı pilləni qaytarmaq, “Kəpəz” isə xal hesabını artırmaq üçün mübarizə aparıb. Hər iki tərəfin də cəhdlərinə baxmayaraq oyunda qalib müəyyən olmayıb. Qarşılaşma 1-1 hesablı bərabərliklə başa çatıb.

Sumqayıt və 8-ci km qəsəbə stadionundakı görüşlər eyni saatda başlayıb. Bu da çempionluğun taleyinin həll olunmaq ehtimalı ilə bağlı idi.

Belə ki, Sumqayıtda eyniadlı komandanın qonağı olacaq “Qarabağ” qızıl medalları sona 4 tur qalmış təmin edə bilərdi. Bunun üçün Qurban Qurbanovun yetirmələrinə qələbə qazanmaq lazım idi. Son dörd mövsümün dəyişməz çempionu olan “Qarabağ” Sumqayıt səfərində də 0-1 hesabı ilə qalib gələrək çempionluğunu qeydedib.

“Qəbələ” isə səfərdə “Neftçi” ilə qarşılaşıb. “Qırmızı-qaralar” 2-ci pillədəki mövqeyini qorumaq üçün qalib gəlməlidisə, “Neftçi” “Zirə”nin xal itkisindən yararlanıb irəliləmək niyyətində idi. Bu qarşılaşmanın dataleyini 1 qol həll edib. Oyunun 4-cü dəqiqəsində Ruslanın vurduğu qol “Neftçi”yə qələbə qazandırıb.

Topaz Premyer Liqssı

24-cü tur

22 aprel (bazar)

“Neftçi” – “Qəbələ” - 1:0

Qol: Ruslan Abışov, 4

Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Vaqif Musayev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
8-ci km qəsəbə stadionu 

“Sumqayıt” – “Qarabağ” - 0:1

Qol: Dani Kintana, 34

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Cabbarov 
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
Sumqayıt. Şəhər stadionu

“Səbail” – “Kəpəz” - 1:1

Qollar: Faruk Miya, 24 - Dario Federiko, 19

Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Vüsal Qənbərov, Vüqar Həsənli
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Fazil Mürşüdov
“Bayıl Arena”









Redaktorun seçimi