Millimizin hücumçusu oynamadı, komandası uduzdu - VİDEO

Hit: 868
Millimizin hücumçusu oynamadı, komandası uduzdu - VİDEO

Futbol üzrə Türkiyə Super Liqasında 30-cu turun oyunları keçirilir.

Faktor.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Osmanlıspor”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.

Dəniz bu oyunun iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 30 xalla 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.









Redaktorun seçimi