"Qırmızı şeytanlar" finalda - VİDEO

Hit: 979
"Qırmızı şeytanlar" finalda - VİDEO

İngiltərə kubokunda yarımfinalın ilk oyunu keçirilib.

Faktor.az xəbər verir ki, finala vəsiqə uğrunda “Mançester Yunayted”lə “Tottenhem” üz-üzə gəlib.

2:1 hesablı əzmkar qələbə qazanan mançesterlilər rəqibini mübarizədən kənarlaşdırıb.

Digər yarımfinal oyunu sabah keçiriləcək. Bu matçda “Çelsi” və “Sauthempton” finalçını müəyyənləşdirəcək.

İngiltərə kuboku

Yarımfinal

21 aprel

“Mançester Yunayted” – “Tottenhem” – 2:1

Qollar: Sançes, 24, Errera, 62 – Alli, 14









Redaktorun seçimi