"Keşlə"dən əzmkar qələbə - YENİLƏNİB - VİDEO

Hit: 1799
"Keşlə"dən əzmkar qələbə - YENİLƏNİB - VİDEO

Bu gün Topaz Premyer Liqasında 24-cü tura start verilib.

Faktor.az xəbər verir ki, bu gün 1 görüş baş tutub.

“İnter Arena”da keçirilən ilk oyun “Keşlə” ilə “Zirə” arasında olub. 2018-ci ildə hələ də qələbə qazanmayan qonaqlar avrokuboklara vəsiqə şansını çətinə salmamaq üçün mütləq qalib gəlməli idi.

Lakin ölkə kubokunda finala yüksələn "Keşlə" buna imkan verməyib. Qarşılaşmada "Zirə" hesabı açsa da, meydan sahibləri ikinci hissədə vurduğu qollarla əzmkar qələbə qazanıb.

Topaz Premyer Liqası

24-cü tur

21 aprel (şənbə)

“Keşlə” – “Zirə” - 2:1

Qollar: A. Klennon, 50; V. Cavadov, 69 - M. Duriç, 36 (pen.)

Hakimlər: Orxan Məmmədov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Rəşad Əhmədov 
AFFA nümayəndəsi: Arif  Fərəcov
Hakim-inspektor: Əhmədağa Cabbarov

“İnter Arena”

Mövsümün əvvəlki oyunları: 1:1, 0:1, 2:1









Redaktorun seçimi