Arsen Vengerin yerinə kim gələ bilər? - FOTOLAR

Hit: 609
Arsen Vengerin yerinə kim gələ bilər? - FOTOLAR

Arsen Vengerin mövsüm sonunda “Arsenal”dan ayrılacağı rəsmiləşdikdən sonra fransız mütəxəssisin yerinə kimin keçəcəyi indidən müzakirə mövzusuna çevrilib. Namizədlər arasında bir çox tanınmış şəxslərin adları yer alır.

Faktor.az yerli mətbuata istinadən xəbər verir ki, Vengerin yerinə gələ biləcək namizədlər və fransız mütəxəssisin rəhbərliyə təklif etdiyi adlar məlum olub:

Brendan Rodcers

“Seltik”in baş məşqçisi olan Brenden Rodcersin komandası ilə qazandığı uğurlar “Arsenal” rəhbərliyinin də diqqətini cəlb edib. Buna baxmayaraq şotland mütəxəssis komandadan ayrılmağı düşmədiyini açıqlayıb.

Tomas Tuchel

Hər nə qədər adı Paris klubu PSJ ilə hallansa da Tomas Tuchel də Vengerin əvəzləyicisi ola biləcək adlar arasındadır.

Yoakim Löv

Hal-hazırda Almaniya milli komandasının baş məşqçisi olan Yoakim Lövün də adı “Arsenal” ilə hallanır. Tanınmış alman mütəxəssis 2018-ci il Dünya Çempionatından sonara yeni macəra axtarışındadır.

Karlo Ançelotti

“Çelsi”nin keçmiş baş məşqçisi Karlo Ançelottinin bu il Londona geri dönməsi və yenidən Premier Liqada işləməy  istədiyi şəklində xəbərlər yayılıb. İtalyalı mütəxəssisin də yolu “Arsenal”la kəsişə bilər.

Massimliano Alleqri

“Yuventus”la olan müqaviləsi 2020-ci ildə başa çatacaq olan Massimiliano Alleqri, Premier Liqadakı İtalyan məşqçilər arasında ciddi bir namizəd olaraq gözə dəyir.

Tyerri Anri

Klub tarixinin ən dəyərli futbolçularından olan Tyerri Anrinin də adı bu vəzifədə hallanır. Ancaq keçmiş futbolçu TV-dəki şərhləriylə “Arsenal” azarkeşlərində mənfi fikir oyatması bu ehtimalı azaldır.

Patrik Viyera

“The Sun” nəşrinin yzdığı xəbərə görə təcrübəli mütəxəssis rəhbərliyə keçmiş tələbəsi olan Patrik Viyeranı da təklif edib. Keçmiş fransız futbolçu, hal-hazırda MLS-də çıxış edən “New York Siti”nın baş məşqçisi kimi çalışır.









Redaktorun seçimi