O, İbrahimoviçin arzusunu gözündə qoydu

Hit: 636
O, İbrahimoviçin arzusunu gözündə qoydu

"Fransada baş tutan Avropa çempionatından sonra Zlatan və daha bir neçə futbolçu millidə oynamaq istəmədiklərini söylədilər. Qərarlarını anlayışla qarşıladım".

Faktor.az xəbər verir ki, bu sözləri yerli mətbuata açıqlamasında İsveç millisinin çalışdırıcısı Yanne Andersson deyib.

Mütəxəssis son açıqlamasında mundiala yollanacağını dilə gətirən İbranı Rusiyaya aparmaq niyyətində olmadığını bildirib: "Zlatanın dediklərini ciddi qəbul etmirəm. O, yığmadan gedəndə bu barədə açıq söhbətimiz oldu. Mənə nə istədiyini izah etdi. Mən də razılaşdım. İbrahimoviçlə qarşıdakı mundialla bağlı danışmamışıq. Ümumiyyətlə, Zlatanı millinin heyətində dünya çempionatına aparmağı planlaşdırmırıq. Yalnız onu yox, yığmada oynamaqdan imtina edənlərin heç birini..." 

Qeyd edək ki, İsveç dünya çempionatında Almaniya, Meksika və Cənubi Koreya ilə eyni qrupda yer alacaq.









Redaktorun seçimi