Millimiz xorvatlarla 1:1 oynasa da...

Hit: 425
Millimiz xorvatlarla 1:1 oynasa da...

Bosniya və Herseqovinada təşkil edilən UEFA İnkişaf turnirində 16 yaşadək qızlardan ibarət Azərbaycan millisi bu gün ikinci oyununu keçirib. 

Faktor.az xəbər verir ki, komandamızın rəqibi Xorvatiyanın müvafiq yaş qrupundan ibarət yığması olub. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Millimizin qoluna Alina Nəhmədova imza atıb. Turnirin əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib.

Zərbələri daha dəqiq yerinə yetirən rəqib 3:2 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, yığmamız turnirdə son oyununu aprelin 22-də Bosniya və Herseqovinaya qarşı keçirəcək.









Redaktorun seçimi