Şenol Günəş danışdı: "Canım deyil, içim ağrıyır"

Hit: 529
Şenol Günəş danışdı: "Canım deyil, içim ağrıyır"
Xəbər verdiyimiz kimi, ötən gün ölkə kubokunun yarımfinal mərhələsində "Fənərbaxça” ilə "Beşiktaş" arasındakı matçda insident baş verib. 
 
Faktor.az xəbər verir ki, qalmaqal zamanı başından yaralanan "Beşiktaş”ın baş məşqçisi Şenol Günəş başında xəsarət alaraq xəstəxanaya aparılıb. 
 
Vəziyyəti yaxşı olan 63 yaşlı mütəxəssis mətbuata ilk açıqlamasını verib:
 
O, "Bu bir milad olmalıdı. Bizim Malatya ilə oyunumuz var. "Beşiktaş" azarkeşləri meydançaya bir kağız da atsa, biz "oynamırıq" deyərək, kənara çəkilməliyik. Keçmişdəki daşları bir kənara atmaq lazımdır. Olanlar mənə olmur, türk futboluna olur. Media, məşqçi, oyunçu, futbolun bütün aktyorları bir araya gəlib bu problemi həll emtəliyik. Canım deyil, içim ağrıyır", deyə bildirib. 
 
Qeyd edək ki, "Fənərbaxxa" - "Beşiktaş" qarşılaşması yarımçıq dayandırılıb. Matçın 57-ci dəqiqəsində stadiona kənar əşyalar atan azarkeşlər qonaqların ehtiyat oyunçular skamyasını hədəf seçiblər. Nəticədə komandanın baş məşqçisi Şenol Günəş başından ağır xəsarət alıb. Ona tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.
 
Bu komandalar arasındakı ilk görüşdə 2:2 hesablı bərabərlik qeydə alınıb. Baş verənlərə görə "Fənərbaxça”ya 0:3 hesablı texniki məğlubiyyətin veriləcəyi gözlənilir.
 








Redaktorun seçimi