"Fənərbaxça"nı ağır cəzalar gözləyir

Hit: 428
"Fənərbaxça"nı ağır cəzalar gözləyir
Dünən yarımçıq qalan Türkiyə Kubokunun yarımfinal oyununda baş verən hadisələrlə bağlı ev sahibi "Fənərbaxça" cəzalanacaq.
 
Faktor.az yerli mətbuata istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) "Fənərbaxça" - "Beşiktaş" oyununun nəticəsini "qartal"ın xeyrinə 0:3 hesabı ilə texniki qələbə saya bilər. Ancaq "fənər"in cəzası bununla bitməyəcək. 
 
TFF istəsə oyunu yenidən keçirə bilər, ya da "Fənərbaxça"ya texniki məğlubiyyət verərək, hətta, gələn mövsüm kuboka buraxmaya da bilər. Bundan əlavə, "Fənərbaxça"ya pul cəriməsi, meydançanı bağlamaq, azarkeşsiz oyun keçirmək kimi cəzalar da verilə bilər. 
 
Hər şey federasiyadakı müzakirələrdən sonra müəyyən olunacaq.
 
Qeyd edək ki, "Fənərbaxça" - "Beşiktaş" qarşılaşması yarımçıq dayandırılıb. Matçın 57-ci dəqiqəsində stadiona kənar əşyalar atan azarkeşlər qonaqların ehtiyat oyunçular skamyasını hədəf seçiblər. Nəticədə komandanın baş məşqçisi Şenol Günəş başından ağır xəsarət alıb. Ona tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib. Bu komandalar arasındakı ilk görüşdə 2:2 hesablı bərabərlik qeydə alınıb.








Redaktorun seçimi