"Topçular" "başsız" qaldı - RƏSMİ - FOTOLAR

Hit: 747
"Topçular" "başsız" qaldı - RƏSMİ - FOTOLAR

"Arsenal" mövsümün sonunda Arsen Vengerlə yollarını ayıracaq. 

Faktor.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Bu barədə çox düşündüm. Klubun vəziyyətini göz önünə gətirərək belə qərar verdim. Hiss edirəm ki, hazırda "Arsenal"dan getməyim üçün ən ideal vaxtdır. Mən kluba uzun illər onun şərəfini qorumağıma şəarit yaratdığı üçün təşəkkür edirəm. "Arsenal" üçün hər şeyimi verdim və buna görə də bütün klub çalışanlarına, oyunçulara, direktorlara və azarkeşlərə çox sağ ol demək istəyirəm. Çünki "Arsenal"ı özəl edən onlardır" - Arsen Venger deyib.

Qeyd edək ki, Venger 1996-cı ildən bəri "topçular"a başçılıq edir. Onun rəhbərliyi altında komanda 3 dəfə Premyer Liqa, 7 dəfə isə ölkə və liqa kuboku çempionluğu yaşayıb. 

Klubun rəsmi saytı Arsenin getmə xəbərinə "Merci Arsène" başlığı verib.

 

1
1
1
1








Redaktorun seçimi