Azarkeşlərdən “Neftçi”yə “təşəkkür” - Sizə görə... - FOTO

Hit: 417
Azarkeşlərdən “Neftçi”yə “təşəkkür” - Sizə görə... - FOTO

“Neftçi” Azərbaycan kubokunun yarımfinal mərhələsində səfərdə 2:1 hesabıyla məğlub etdiyi "Qəbələ"yə doğma meydanda 1:3 uduzaraq mübarizəni dayandırdı.

Faktor.az xəbər verir ki, matçın ardından polislə "ağ-qaralar"ın azarkeşləri arasında qalmaqal yaşanıb.

"Neftçi" azarkeşlərindən bəziləri polis bölməsinə aparılıb. Bu barədə paytaxt təmsilçisinin fanklubu olan "Forza Neftçi" öz səhifəsində məlumat yayıb. Azarkeşlik etdikləri komandanı mübarizəni dayandırdığına görə qınayan fanklub, bəzi azarkeşlərlə bağlı hələ də, polis məntəqəsinin önündə olduqlarını vurğulayıb:

“Bu gün verdiyimiz dəstəyin qarşılığında "Neftçi"nin belə bir oyununu gördük. Çox sağ olun, sizə görə bu gecəni bölmənin qabağında keçirdəcəyik!”

 









Redaktorun seçimi