"Biz onlara çatmaq istəyirdik, amma..." - Roman Qriqorçuk

Hit: 443
"Biz onlara çatmaq istəyirdik, amma..." - Roman Qriqorçuk

Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qəbələ” ilk matçda 1:2 hesabıyla uduzduğu “Neftçi”nin qonağı olub. Cavab oyununda 3:1 hesabıyla qalib gələn “qırmızı qaralar” finala yüksələn tərəf olub.

Faktor.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb. Ukraynalı mütəxəssis öncə oyun barədə danışıb.

- Elə bir andı ki, başımıza gözəl hadisə gəldi. Bu hadisə gözəl bir vaxtda alındı. Qalibiyyətə ehtiyacımız var idi. Çox sevincliyəm.

- Bu qədər həyəcanlı olduğunuzu görməmişdik. Belə bir anı Azərbaycanda yaşamışdız?
- Sevincim ona görədi ki, titul uğrunda mübarizə aparırırıq. Ona görə şadam ki, bu anda belə qələbə qazandıq. Başımıza inanılmaz şeylər gəldi. Hansı ki, başqa komandalar belə şeyi 20 oyundan bir yaşayır. Lakin biz hər oyun uğursuzluqla üzləşdik. Bu qələbənin əhəmiyyəti böyükdü.

- Stankoviçin erkən əvəzlənməsi gözlənilməz idi…
- Bizim üçün gözlənilməz deyildi. Onun əvəzlənməsi zədə ilə bağlı idi. Bəlkə yüngül zədə hesab oluna bilər. Əvvəl də belə hallarla üzləşmişdik. Buna görə risk etmədik. Baş verən uğursuz hadisələrdən sonra qalib gəlmək möhtəşəmdi. Cavid Hüseynovun soyuqqanlılıqla penaltini yerinə yetirməsini qeyd edərdim. Bu şəkildə qələbə əldə etməyimiz gücümüzü göstərdi.

- Finalda həmyerliniz Yuri Maksimovun çalışdırdığı “Keşlə”yə rəqib oldunuz. Maksimov bildirib ki, prinsipiallıq naminə onunla rəqib olmaq istərdim.
- Buna şəxsən təəccübləndim. Biz Ukraynada rəqib olmuşuq. Oyunlarımızda prinsipiallıq olub. Maksimova indi də hörmət edirəm. Onunla şəxsi prinsipim yoxdu. Final görüşündə prinsipial qələbə qazanmaq istəyirik.

- 3-cü dövrədə bu cür oyun niyə alınmırdı?
- Sistemli şəkildə qalib gəlmək üçün 4 aspekt lazımdı: fiziki, taktiki, hərəkət, psixioloji amillər. “Neftçi”yə ilk oyunda uduzmuşduq. Dabo həmin matçda çıxış etməmişdi. “Zirə” ilə görüşdə qapıçımız zədələndi. 3 əsas oyunçumuz yox idi. Bunlar hamısı oyuna təsir edir. “Qəbələ”də titul əldə etmək üçün çox şey qurban vermişəm.

- “Qarabağ”la “Qəbələ” arasında rəqabət var. Finalda rəqibinizin “Keşlə” olmasına sevindiz, yoxsa “Qarabağ”ın olmamasına görə təəssüfləndiz?
- “Qarabağ” hamıdan üstündü. Biz onlara çatmaq istəyirdik, amma alınmadı. Bunun üçün vaxt lazımdı.

- İlqar Qurbanovun durumu necədi?
- Paltardəyişmə otağında gördüm. Ciddi bir şey yox idi.

 








Redaktorun seçimi