Finalın adı: “Qəbələ” – “Keşlə” - YENİLƏNİB

Hit: 1222
Finalın adı: “Qəbələ” – “Keşlə” - YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub. 

Faktor.az xəbər verir ki, cavab oyunları çərçivəsində iki qarşılaşma finalçıların adlarına aydınlıq gətirib.

“Keşlə” evdə qazandığı 1:0 hesablı qələbədən sonra Sumqayıtda eyniadlı komandanın qonağı olub. 1:1 hesablı bərabərliyə nail olan Bakı klubu finala yüksələn ilk komanda olub.

Digər qarşılaşmada isə Tərlan Əhmədovun çalışdırdığı “Neftçi” Qəbələdəki 2:1 hesablı qələbənin revanşında eyniadlı komandanı qəbul edib. Roman Qriqorçukun rəhbərlik etdiyi əyalət klubu böyük əzmkarlıq göstərərək 3:1 hesabı ilə qalibiyyət əldə edib və finala çıxan ikinci komanda olub. 

Yarımfinal

Cavab oyunları

18 aprel

“Neftçi” – “Qəbələ” - 1:3

Qollar: Mustivar, 10 - Dabo, 21, 30, Cavid Hüseynov, 61 (pen.)

Qaçırılan penalti: Monroz, 85 ("Qəbələ") - kənar

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev 

AFFA nümayəndəsi: Namiq  Məstanov

Hakim-inspektor: Əli  Hüseynov

Bakı. 8-ci km qəsəbə stadionu

İlk oyunu – 2:1

“Sumqayıt” – “Keşlə” - 1:1

Qollar: Cavid İmamverdiyev, 64 - Sezar Meza Kolli, 62

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov 

AFFA nümayəndəsi: Eldəniz  Musayev

Hakim-inspektor: Məlik  Həsənov

Sumqayıt. Şəhər stadionu

İlk oyun – 0:1









Redaktorun seçimi