"Barselona" - "Mançester Siti" oyununda azərbaycanlı hakim - FOTO

Hit: 558
"Barselona" - "Mançester Siti" oyununda azərbaycanlı hakim - FOTO

FİFA referimiz Əliyar Ağayev UEFA Gənclər Liqasının yarımfinal mərhələsinin oyununa təyinat alıb.

Faktor.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, aprelin 20-də İsveçin Nyon şəhərindəki Kolovra stadionunda keçiriləcək “Mançester Siti” (İngiltərə) – “Barselona” (İspaniya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirli olacaq. Dördüncü hakim funksiyasını Sandro Scharer (İsveçrə) yerinə yetirəcək.









Redaktorun seçimi