"Barselona"da bir tarixin sonu

323 dəfə oxunub
"Barselona"da bir tarixin sonu
"Barselona"nın kapitanı Andres İnyesta Kataloniya klubundakı karyerasını başa vurur.
 
Faktor.az xəbər verir ki, 33 yaşlı futbolçu yetirməsi olduğu klubla vidalaşmağa hazırlaşır.
 
Məlumata görə, İnyestanın menecerləri hazırda Çin klubuilə danışıqlar aparır. Gələn həftə "Barselona" ilə "Kral Kuboku"nun final matçına çıxacaq futbolçu oyundan oyundan sonra transferini elan edəcək. Onun Çinin "Tianjin Quanjian" klubu ilə 3 illik anlaşma əldə etdiyi və qarşılığında 37 milyon avro qazanacağı bildirilir. "Tianjin Quanjian" həm də futbolçunun şirkəti tərəfindən istehsal olunan "Bogeda Iniesta" adlı şərabların Çində satışını təşkil edəcək.
 
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan İnyesta 2002-ci ildən əsas komandada çıxış edir. O, bu günə kimi Kataloniya klubu ilə 30 kuboku - 8 La Liqa, 5 Kral Kuboku, 7 İspaniya Super Kuboku, 4 Çempionlar Liqası, 3 UEFA Super Kuboku, 3 klublararası dünya çempionluğu qazanıb.
 



Redaktorun seçimi