“Qarabağ” Kikboksinq Klubu daha bir zalını istifadəyə verir

379 dəfə oxunub
“Qarabağ” Kikboksinq Klubu daha bir zalını istifadəyə verir

Azərbaycan Kikboksinq Federasiyasının “Qarabağ” Kikboksinq Klubu daha bir zalını istifadəyə verir.

Bu barədə məlumatı klubun prezidenti Emin Seyidov verib.

“Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev çıxışlarında daha çox idman zallarının açılmasını tövsiyə edir. Bunun nəticəsidir ki, kikboksinq ölkədə kütləvi idman növünə çevrilib. Cənab prezident İlham Əliyev ölkədə idmanın inkişafı üçün hər cür imkan və şərait yaradıb”. Klub rəhbəri zalların sayından və qarşıdakı planlarından danışıb. “Bu günə qədər “Qarabağ” Kikboksinq Klubunun üç idman zalı fəaliyyət göstərirdi. Bu günlərdə də klubun daha bir zalı istifadəyə veriləcək. Müharibə vəziyyətində yaşayan dövlətik. Qarabağ bizim üçün müqəddəs addır. Bu gün sülh danışıqları gedir və sabah torpaqlarımız sülh yolu ilə azad olunmasa, müharibə ilə işğalçıları torpaqlarımızdan çıxaracağıq. Bizə sağlam və vətənpərvər gənclər lazımdır. Təkcə, cəbhədə yox, digər sahələrdə də irəlidə olmalıyıq. Sabah zallarda yetişən idmançılarımız ölkəmizi dünya idman yarışlarında da təmsil edəcəklər. Zalların açılmasında klubun baş məşqçisi Xəyyam Abışovun zəhmətini xüsusi qeyd edirəm. Böyük əziyyətlə çalışır”.



Redaktorun seçimi