"Qarabağ"ın çempionluq matçı saat neçədə başlayacaq?

218 dəfə oxunub
"Qarabağ"ın çempionluq matçı saat neçədə başlayacaq?
Topaz Premyer Liqasında 24-cü turun oyun cədvəli açıqlanıb.
 
Faktor.az xəbər verir ki, çempionun müəyyənləşə biləcəyi tura aprelin 21-də "Keşlə” – "Zirə” matçı ilə start veriləcək.
 
Həmin gün saat 19:00-da başlayacaq "Sumqayıt” – "Qarabağ” matçında isə qonaqlar qızıl medalları təmin edə bilər. Bunun üçün Ağdam klubuna qələbə qazanmaq kifayətdi.
 
Turun ikinci günü "Səbail” – "Kəpəz” matçı ilə başlayacaq. Həftənin son qarşılaşmasında "Neftçi” və "Qəbələ” üz-üzə gələcək.
 
Topaz Premyer Liqası
 
24-cü tur
 
21 aprel
 
16:00. "Keşlə” – "Zirə”
 
"İnter Arena”
 
19:00. "Sumqayıt” – "Qarabağ”
 
Sumqayıt. Şəhər stadionu
 
22 aprel 
 
17:00. "Səbail” – "Kəpəz”
 
"Bayıl Arena”
 
19:00. "Neftçi” – "Qəbələ”
 
"Bakcell Arena"


loading...
loading...

Redaktorun seçimi